Müğənni Kutsi əsgərliyə getməmək üçün saxta sənəd alması və haqqında 18 ildən 51 ilə qədər həbsi istəniləməsi barədə yayılan xəbələrə aydınlıq gətirib.
Oxu.Az xəbər verir ki, ifaçı İnstagram hesabında yayılan məlumatların yalan olduğunu yazıb:
“Əsgərliyimi gecikdirmək üçün qeyri-qanuni sənəd almağım gerçək deyil. Əsgərlik borcumu 13.01.2012 tarixində yerinə yetirmişəm. Ölkəmizin bu həssas günlərində mənasız şəkildə gündəm yaratmaq istəmirəm”.

Aytən Sadıqzadə
www.oxu.az