Məşhur müğənni Lady Gaga illər əvvəl təcavüzə məruz qaldığını etiraf edib.
Oxu.Az əcnəbi mətbuata istinadla xəbər verir ki, ABŞ televiziyasında yayımlanan “The Howard Stern Show” verilişinə qonaq olan Lady Gaga, 19 yaşında olarkən özündən 20 yaş böyük musiqi prodüseri tərəfindən zorlandığını deyib.
Müğənni ingilis dilində donuz, ya da pis kişi mənasına gələn “Swine” adlı mahnısını da həmin təcavüz hadisəsindən təsirlənərək ifa etdiyini açıqlayıb.
Aytən Sadıqzadə