Amerikalı müğənni Lana Del Reyin yeni albomu yanvarın 4-də işıq üzü görəcək.
Bu barədə müğənni özünün “Instagram” səhifəsində yerləşdirdiyi videomüraciətində bildirib.
Посмотреть эту публикацию в InstagramO qeyd edib ki, hələlik rəsmi adı olmayan albomun əsasında onun "Violet bent backvard over grass" şeirlər toplusu duracaq.
Müğənninin sözlərinə görə, kitab üzərində iş onun planlaşdırdığından daha çox vaxt aparıb.
Lana Del Rey bildirib ki, yeni albomun qiyməti “bir dollara yaxın” olacaq. Satışdan əldə edilən pulun bir hissəsi yerli amerikalıları dəstəkləyən təşkilatlara veriləcək.
Digər xəbərlər