Məşhur türkiyəli aktyor Anıl İlter voleybolçu Sinem Yıldızla ailə qurmağa hazırlaşır.
“Mahkum” serialındakı “savcı Tahir” obrazı ilə sevilən aktyor sevgilisi ilə evlənməyə qərar verdiklərini açıqlayıb:
“Bizim çox yaxşı münasibətimiz var. Hələ gün təyin etməmişik, amma əlaqəmizi evliliklə taclandıracağıq”.
2019-cu ildə 10 illik həyat yoldaşından boşanan və bir qız atası olan Anıl İlter ikinci dəfə nikah masasına oturacaq.
Mənbə: Snob Magazin