Mahsun Kırmızıgül eşq həyatındakı səssizliyini pozub.
Oxu.Az Türkiyə mətbutatına istinadla xəbər verir ki, bacarıqlı rejissor bir ildən bəri Özge adlı vəkil sevgilisi ilə gözlərdən uzaq bir eşq yaşayır.
Kırmızıgülün 28 yaşındakı yeni sevgilisinin böyük bir bankın hüquq bürosunda çalışdığı iddia edilir. 5 martda Napoliyə gedib bir gün sonra dönən cütlük, önümüzdəki günlərdə də Uzaq Şərqə tətilə yollanacaq.
Aytən Sadıqzadə