“İlk iş yerim Zərif Mahal İstehsalat Birliyində olub. Hesablayıcı, anbardar, tikinti sahəsində kadrlar şöbəsinin rəisi, Arpaçay Assosasiyasında kadrlar şöbəsində, Yeyinti nazirliyində çalışmışam”.
Oxu.Az xəbər verir ki, bu sözləri Baku.ws-ə müsahibəsində müğənni Maral Tahirqızı söyləyib.
O, “Həbsxana həyatı sizin yaddaşınızda necə qaldı?” sualına belə cavab verib:
“Kobud, ədədbsiz insanlar var. Bunlar elə çöldən gəliblər. Bunlar elə türmədə böyüməyiblər ki… Mən onlardan uzaq dururdum. Onlar onu hiss edirdilər. Orda nə qədər qadınlar var ki, adam öldürüblər. Öz-özümə deyirdim ki, gör gəlib mən hara düşmüşəm”.
A.S.
www.oxu.az