Yekaterina Arxarova onu vəhşisəniə döyən əri, teatr və kino aktyoru Marat Başarov barədə Andrey Malaxova səmimi müsahibə verib.
Oxu.Az xəbər verir ki, məşhur Ruisya aktyoru cəzalandırıla bilər. Döyüldükdən bir ay sonra Yekaterina Arxarova görmə qabiliyyətini itirməyə başlayıb, indi isə onu vəziyyəti getdikcə pisləşir. Yekaterina Arxarova olanları özü Andrey Malaxova “Pust qovoryat” verilişində danışıb.
Arxarova bildirib ki, baş verənlərdən sonra Marat bir dəfə də olsun ona zəng etməyib. “Mən ona, indiki vəziyyətimin əks olunduğu bir foto göndərdim. Cavab olaraq isə ondan “Katya boşanmağa nə vaxt gedirik?” yazılan bir sms gəldi”, - Arxarova deyib.
Yekaterinanın sözlərinə görə, o hələ tam olaraq özünə gəlmiyib: ona baş ağrıları, yuxusuzluq əziyyət verir, baxmayaraq ki, döyülməyindən artıq bir ay keçib. Eləcə də aktrisa psixoloqa müraciət edib ki, olanlardan sonra ona yardım etsin.
“Marat mənim bütün məhəbbətimi məhv etdi. O, nəyə görə isə deyil, sadəcə onu sevən bir insanı itirdi. Mənim valideynlərimi itirdi. İnamı itirdi.Mən ona nifrət edirəm. İntiqam almaq istəyim belə yoxdur, içimdə bir boşluq var. yəqin ki, bağışlamışam demək olar. Amma ilk həftə özümə yer tapa bilmirdim, onun acı çəkməsini istəyirdim, həm mənəvi, həm də fiziki, mənim kimi yəni”, -deyə sözlərinə aktrisa əlavə edib.