“İş həmişə var” kollektivi bu həftə marketdə öz bacarığını göstərdi.
Oxu.Az xəbər verir ki, əlindən hər iş gələn zəhmətkeş aparıcı Fərid bu dəfə marketdə işləməyi sınadı.
Qeyd edək ki, proqramın müəllifi və aparıcısı Fərid Rəsul, redaktorları Lalə Əliyeva, Zəhra Rüstəm Osmanova, rejissoru Tofiq Babayev, prodüseri Azad Əlizadədir.
“İş həmişə var” verilişinin növbəti buraxılışını ATV telekanalında aprelin 13-ü, bazar günü saat 13.15-də izləyə bilərsiniz.
Verilişin informasiya dəstəyi Oxu.Az İnformasiya Agentliyidir.
Aytən Sadıqzadə
www.oxu.az