Ötən gecə müğənni Niyam Səlaminin “Maşın” şouda səs toplayaraq qalması və oyundan söz ustası Aqşin Fatehi kənarlaşdırması, həmçinin oyunun gedişatında Nazim Pişyarinin dözümsüzlük nümayiş etdirərək, öz istəyi ilə şoudan çıxması Kərim Abbasovun sevincinə səbəb olub.
Oxu.Az xəbər verir ki, Aqşin və Nazimin əli ilə aşıq Namiq tərəfindən oyundan uzaqlaşdırılan Kərim şəxsi “Instagram” hesabındakı paylaşımı ilə diqqətləri öz üzərinə çəkib. Səsvermənin nəticələrini lentə alan Abbasov canlı efirə qatılacağını və gizli qalan məqamların üstünü açacağını yazıb:
“Mənim torbamı tikənlər, sizin torbanızı mən tikdim. Şükür sənə, Rəbbim. Səs verən dostlara təşəkkür edirəm. Həftənin birinci günü “Maşın” şouda bütün kartları mən açacağam”.
View this post on InstagramSevincinin həddi-hüdudu olmayan Kərim tələm-tələsik şounun iştirakçılarının qaldığı hotelə yollanıb və Niyamla görüşüb. Onu qucağına alan Abbasov həmin anları telefonun kamerasına həkk edib.
Kərim videonu sosial media səhifəsində yayaraq bu sözləri yazıb:
“Bəli, bu, dostluq qalibiyyətidir. Dost dosta tən gərək, tən olmasa, gen gərək. Var ol, dostum, sözümü yerə salmadın”.
Qeyd edək ki, bu axşam saat 22:00-da ATV-də “Maşın” realiti-şouda qalan 12 məşhurun avtomobil uğrunda apardığı mübarizənin növbəti oyununun şahidi olacaqsınız.
View this post on InstagramDigər xəbərlər