Mədəniyyət gözəli müsabiqəsinin 18 yaşlı qalibi Gülnar Saniyeva yeni fotosessiyaya çəkilib.
Oxu.Az xəbər verir ki, gecce.az-a gələcək işlərindən danışan model bunları deyib:
“Universitetə daxil olmuşam. Bitirdikdən sonra istərdim ki, bankda işləyim. Modellikdən uzaqlaşmaq kimi bir planım yoxdur. Bu işdən pul qazanmaq üçün yox, hobbim olduğu üçün yanaşmışam. Qismət olsa, model agentliyi açacam. Rəhbəri də özüm olacam. Çünki Azərbaycanda belə şeylərə ehtiyac var”.