Aktrisa Kelly Rutferford ilə keçmiş həyat yoldaşı Daniel Griesch arasında illərdir davam edən vəlayət davası sona çatıb.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə 47 yaşlı Rutherfor-dun yanında qalan Hermes və Helena adlı iki övladının vəlayətini Monakoda yaşayan Daniel Giersch-ə verib.
Eyni zamanda aktrisa övladlarını ABŞ-a aparmaq hüququndan məhrum edilib. O, uşaqlarını yalnız Fransa və Monakoda görə biləcək.
Qeyd edək ki, 2006-cı ildə ailə həyatı quran cütlük 2010-cu ildə boşanıb.