Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Məhkəmə Sevda Sanaliyevanı izləyən şəxslə bağlı qərar verib
Müğənni Sevda Sanaliyeva videoaçıqlama yayaraq bir şəxsin onu izlədiyini və hədələdiyini deyib. İfaçının müraciətindən sonra həmin şəxs polis tərəfindən saxlanılıb.
Axşam.az-a açıqlama verən Sevda adını açıqlamadığı şəxslə bağlı məhkəmənin qərar çıxartdığını deyib:
"Müraciətimin səhəri mənə dəstək çıxıldı. Hətta nazirlikdən tapşırıldı, göstəriş verildi. Polislər əllərindən gələni etdilər. Yerlə-göy qədər razıyam. Şəxsi saxladılar və məhkəməyə çıxarıldı. Dəlil yetərsizliyindən həmin şəxs azadlığa buraxıldı. Məndən isə uzaqlaşdırılma qərarı verildi. Buna görə həmin insan mənim yaxınıma belə gələ bilmir. Artıq başım dincdir, problem yaşamıram. Buradan bütün yardım edənlərə, mediaya təşəkkür bildirirəm".
Qeyd edək ki, Sevda bir kişinin hər gün onun evinin yanına gəldiyini, onu izlədiyini və narahat etdiyini açıqlamışdı.
@oxuaz Naməlum şəxs Sevdanı izləyir
♬ Oxu.az Son Xəbərlər - orijinal ses - Oxu.az Son Xəbərlər
Rəylər