Mehman Tağıyev adlı azərbaycanlı iştirakçı “O səs Türkiyə” yarışmasına qatılaraq “Sarı gəlin” mahnısını ifa edib.
Oxu.Az xəbər verir ki, o, ifası ilə münsifləri özünə döndərməyi bacarıb. Həmyerlimiz çıxışını bitirən kimi tamaşaçılar ondan həmin ifanı bir daha tələb ediblər.
Mehman Tağıyev sonda seçimini edib və münsiflərdən Sibel Canın komandasına qatılıb.
Xatırladaq ki, M.Tağıyev “Azərbaycanın səsi - 2” yarışmasının qalibidir.
A.S.
www.oxu.az