Rusiyalı teleaparıcı İvan Urqant və müğənni Valeri Meladze "inDrive" xidmətinin 52 yaşlı qurucusu, milyarder Arsen Tomski ilə Qazaxıstandan olan 37 yaşlı sahibkar Kamila Lukpanovanın toy mərasimində iştirak ediblər.
Oxu.Az-ın "Mail TV"yə istinadən verdiyi məlumata görə, mərasim Türkiyənin İstanbul şəhərində, Bosfor boğazının sahilində yerləşən hoteldə baş tutub. Toyun aparıcısı Urqant olub, Meladze isə qonaqlar üçün mahnılar ifa edib.
Xatırladaq ki, İvan Urqant "Canlı Urqant" şousu ilə dünya üzrə qastrol səfərlərinə çıxır və müxtəlif özəl tədbirlərdə iştirak edir. Valeri Meladze isə bir neçə il əvvəl ailəsi ilə birlikdə İspaniyaya köçüb. İfaçı artıq Rusiyada səhnəyə çıxmır, lakin Avropa və MDB ölkələrində rusdilli dinləyicilər üçün konsert proqramları ilə çıxış edir.