Xalq artisti Mələkxanım Əyyubova ATV-də yayımlanan “Öz aramızda” verilişinin qonağı olub.
Oxu.Az Axşam.az-a istinadla xəbər verir ki, muğam ifaçısı sənət adamlarının ailəsindən söz açıb:
“Sənətdə olan birinin ailəli qalması çətindir. Həm işinin ustası olmaq, həm də övlada tərbiyə vermək, ailə ilə məşğul olmaq çətindir. Əbəs yerə o vaxtlar demirdilər ki, müğənni ilə ailə qurmaq olmaz. Düşünürdülər ki, evdə ailəni necə qoruyacaq? Amma sənət adamları ikiqat məsuliyyət daşıyır. Tamaşaçı bizdən örnək götürür.
Biz göz qabağındayıq, nümunəyik. Elə buna görə də ailədə söz-söhbət olanda dözüb oturduq. Ayrılmadıq ki, haqlı da olsam, deyəcəklər müğənninin axırı boşanmaqdır. Elə mübahisələr olub ki, adi insan ona dözməyib boşanardı”.