Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Məleykə Əsədova Aygün Kazımovanı tənqid edib.
Oxu.Az AzNews.az-a istinadən xəbər verir ki, o, bu barədə özünün Facebok səhifəsində yazıb. Onun fikrincə, A.Kazımova musiqi aləmini meymun sifətinə salıb:
“Bu gün Xalq artisti Aygün Kazımova musiqi-şou aləmini meymun, kloun sifətinə salıb. Əməkdar artist Məhəbbət Kazımovun vəfat etdiyi gündə ad günü keçirib hörmətsizlik eləyiblər”.