Xərçəng xəstəliyindən dünyasını dəyişən əməkdar artist Xanım Qafarovanın qızı Gövhər hələ də anasının yolunu gözləyir. O, müxbirlə söhbətində “Anam mənə nağıllar danışardı” deyib.
Oxu.Az xəbər verir ki, hələ də anasının öldüyünü dərk etməyən balaca qızcığaz mərhum aktrisanın anası Gövhər xanımla yaşayır. Gövhər nənə ATV-də yayımlanan “Onlar”a müsahibə verib:
“Nəvəm stress içindədir. Hər gün göz yaşı tökür. Soruşur ki, anam nə vaxt gələcək? Deyirəm, sən böyüyüb universitetə daxil olanda anan sevinib qayıdacaq. Onu böyütməyə mənim ömrüm çatmayacaq. Aqibəti necə olacaq? Qızım göz yaşı ilə getdi ki, sizə bir gün ağlaya bilmədim. Uşağım ellərə qaldı. Kaş yenə xəstə və yataqda olardı, ona qulluq edərdim. Balası üçün yana-yana getdi”.
Aytən Sadıqzadə