Hollivud filmlərinin məşhur əkiz bacılarından olan aktrisa Meri-Keyt Olsen Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin qardaşı Olivye Sarkozi ilə ailə həyatı qurub.
Oxu.Az-ın xarici KİV-ə istinadən məlumatına görə, 46 yaşlı Sarkozi ilə 29 yaşlı Olsenin toyu Nyu-Yorkda baş tutub. Nikah mərasimində şəkil çəkdirməyə qadağa qoyulub.
Qeyd edək ki, cütlük 2012-ci ildən sevgilidir. Bu, Olivyenin ikinci, Meri-Keytin isə birinci nikahıdır.