Britaniyalı Hollivud ulduzu Kira Naytli qadınlara qarşı zorakılıqdan danışıb.
Bu barədə məşhur aktrisa “Harper's Bazaar” jurnalına müsahibəsində deyib.
Naytli bildirib ki, ətrafındakı qadınların hamısı müxtəlif dərəcədə təcavüzə məruz qalıb:
“Şəxsən mən sözün əsl mənasında, təcavüzə məruz qalmayan və ya boğazının kəsiləcəyi, üzünə yumruq vurulacağı və ya buna bənzər bir şeylə qarşılaşmayan birini tanımıram. Hamının belə təcrübəsi var”.