Türkiyənin məhşur aktrisası Naz Elmas ailə qurub.
Sondakika.com-un xəbərinə görə, nikah mərasimi “Esma Sultan Yalısı”nda baş tutub.
Özündən 16 yaş böyük Erol Özmandıracı adlı iş adamı ilə evlənən Elmasın nikah mərasiminə şou-biznesin tanınmış simaları qatılıb.
Qeyd edək ki, Naz Elmas ATV kanalında “Eşkiya dünyaya hükümdar olmaz” serialında oynayır.