Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Məşhur aktyor “Emmy” mükafatı alan ilk türk kimi tarixə düşdü - FOTO
Türkiyənin məşhur aktyoru Haluk Bilginer “Emmy” mükafatına layiq görülüb.
Oxu.Az xəbər verir ki, Haluk Bilginer “Şahsiyet” serialındakı Agah Beyoğlu obrazına görə “Ən yaxşı kişi aktyor” nominasiyası üzrə mükafat qazanıb.
O, bu mükafata layiq görülən ilk türk aktyordur.
“Ay Yapım” istehsalı olan 12 bölümdən ibarət olan serial Puhu TV-də yayımlanırdı.
“Özümü çox yaxşı hiss edirəm. Ölkəmə belə bir mükafat getdiyi üçün çox xoşbəxtəm. Böyük həvəslə ərsəyə gətirdiyimiz bir işin beynəlxalq səviyyədə qiymətləndirilməsi və belə bir mükafata layiq görülməsi qürurvericidir”, - deyə aktyor bildirib.
Qeyd edək ki, Bu il 47-ci dəfə təşkil olunan nüfuzlu “Emmy” mükafatı ilə bağlı tədbir Nyu-Yorkda keçirilib.
Sevinc Yasinqızı
"Türkiyə" teqi üzrə xəbərlər
- Məşhur türkiyəli aktrisa və keçmiş nazir avtomobil qəzasına düşüblər
- Yeni doğduğu körpəsini Antalyada hava limanında qoyub gedən qadına hökm oxundu
- Hakan Fidan: "Ukraynadakı münaqişənin təcili nizamlanmasına ehtiyac var"
- Türkiyədə sinaqoqlara və yəhudi məktəblərinə hücum həyata keçirmək istəyən şəxs saxlanılıb
- "Haber Global": Türkmənistan qazının tədarükü Ankaranın TDT ilə münasibətlərini dərinləşdirəcək