Həm Türkiyədə, həm də Almaniyada “Divara Qarşı” filmi ilə məşhurlaşan aktyor Birol Ünel Berlinin türk məhəlləsi kimi tanınan Kreuzberg küçələrində pərişan halda görüntülənib.
Oxu.Az xəbər verir ki, “Bild” qəzeti evsiz olan 53 yaşındakı aktyorun küçədə yaşadığını yazır.
Spirtli içki düşkünü olan Ünel “Niyə küçədə yaşayırsınız?” sualına “Bir yerdən pul gözləyirəm. Yaxşıyam. Alkoqolu da azaltmışam. Gündə ən çox 4-5 pivə içirəm” cavabını verib.
Aytən Sadıqzadə
www.oxu.az