“GRL” musiqi qrupunun üzvü, müğənni Simone Battle intihar edib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Amerikanin 25 yaşlı pop ulduzu Los- Angelesdəki evində ölü tapılıb.
Səlahiyyətli şəxslər müğənninin intihar etdiyini təstiqləyib.
Qeyd edək ki, Simone Battle məşhur “X-Factor” musiqi yarışması ilə Amerikanın sevilən ulduzuna çevrilib.