Məşhur amerikalı rok-musiqiçi, bəstəkar və müğənni Mark Laneqan 57 yaşında İrlandiyada vəfat edib.
Bu barədə sənətçinin rəsmi “Twitter” səhifəsində məlumat verilib.
Musiqiçinin ölüm səbəbi barədə məlumat verilmir.
Qeyd edək ki, Mark Laneqan 1964-cü ildə ABŞ-da anadan olub. Onun musiqi karyerası 80-ci illərin ortalarında başlayıb.
Sənətçi 12 albom buraxıb. Onlardan sonuncusu, 2020-ci ildə “Straight Songs of Sorrow” adı ilə musiqisevərlərin ixtiyarına verilib.