Sosial şəbəkələrin ulduzu, İngiltərənin tanınmış aparıcısı 35 yaşlı Emili Hartric yol qəzası nəticəsində ölüb.
“TheSun” xəbər verir ki, hadisə Londonun cənub hissəsində, aparıcının evinin bir kilometrliyində qeydə alınıb.
Emili elektroskuterdə hərəkət edərkən yük maşınına çırpılaraq dünyasını dəyişib.
Qeyd edək ki, E.Hartric sağlam həyat tərzi barədə verdiyi məsləhətlərlə “Instagram” və “Youtube”da şöhrət qazanmışdı.
Məlumatı yayan mətbuat orqanı onu da elavə edib ki E.Hartric Amanda Seyfrid, Hyu Cekman və Eddi Redmeyn kimi tanınmışların şəxsi məşqçisi kimi fəaliyyət göstərib.
Посмотреть эту публикацию в InstagramHazırda polis baş vermiş qəzanın insanlar tərəfindən lentə alınmış kadrları, eləcə də videoregistratorun qeydə aldığı görüntüləri araşdırmağa başlayıb.
Посмотреть эту публикацию в InstagramDigər xəbərlər