ATV-nin xəbər aparıcısı Samirə Mustafayevanın qızı Nuran həvəskar modelyerlərin əl işlərini podiumda sərgiləyib.
Oxu.Az-ın Qafqazinfo-ya istinadla məlumatına görə, aparıcı qızını podiumda tanımadığını bildirib:
“Bu gün qızımı tanımadım. İlk dəfə idi onu makyajda, sevdiyim göy rəngdə gördüm. Qızım səhnə arxasında mənə əl edirdi. Mənə əl eliyənin kim olduğunu anlamadım. Sevinirəm ki, övladım belə tədbirlərdə iştirak edir, cəmiyyətdə rol oynayır. Cəmiyyətdə tanınan olması isə onun öz seçimidir. Qızıma qadağa qoymaram, mənə də çox qadağa qoyublar. Elə problemlər qadağadan irəli gəlir, qadağaları sevmirəm”.
Qeyd edək ki, Samirə Mustafayeva “ATV xəbər”in baş redaktoru Vaqif Aydınoğlu ilə evlidir.