Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Məşhur azərbaycanlı təşkilatçı-prodüser axtarışa verildi
Tanınmış təşkilatçı və prodüser Nahid Emiloğlu yenə də pul borcunu ödəməməklə gündəmə gəlib. Belə ki, bu dəfə o “Proxy Travel” turizm şirkətinə külli miqdarda borcunu ödəməyib və yoxa çıxıb.
Oxu.Az xəbər verir ki, ucnoqta.az-a şirkətin direktoru Elnur Mahmudzadənin verdiyi məlumata görə, tanınmış prodüserdən borcunu ala bilmədiklərindən hətta onu axtarışa da veriblər. Bundan başqa digər turizm şirkətlərinə bu barədə sorğu və məlumatlar göndərilib.
Qeyd edək ki, məsələ ilə bağlı Nahid Emiloğluyla əlaqə saxlamağa çalışsaq da, zəngimizə cavab vermədi.
Ən çox oxunanlar