Türkiyənin tanınmış model, aktrisa və aparıcısı Çağla Şikel Azərbaycana gələcək.
Oxu.Az Türkiyənin “Axşam” qəzetinə istinadən xəbər verir ki, Çağla Şikelə ATV telekanalında yayımlanan “Özünə bax” müsabiqəsində münsiflər heyətinin üzvü olmaq təklif olunub.
Qeyd edək ki, Türkiyənin özəl telekanallarından birində aparıcılıq edən Şikel Azərbaycan əsilli xanımdır. Onun atası Qarsdan olan Azərbaycan türküdür. Anası isə Adanadandır.
Bundan başqa, həmin layihə üçün italiyalı aktrisa Ornella Mutiyə də təklif göndərildiyi bildirilir.
Aytən Sadıqzadə
www.oxu.az