İngiltərədə yaşayan rusiyalı model, “Miss Maxim 2018” gözəllik müsabiqəsinin qalibi Mariya Liman sosial şəbəkə hesabında sevimli futbol komandasının qələbəsini qeyd edib.
Oxu.Az xəbər verir ki, cazibədar model “Instagram” hesabında “Çelsi” forması ilə fotosunu paylaşıb.
“Möhtəşəm oyun oldu. Mən sevimli komandamın qələbəsinə son ana qədər inanırdım və onlar bunu etdilər”, - deyə model yazıb.
M.Liman, həmçinin, “Aston Villa” səfərində 2:1 hesabı ilə qalib gələn “Çelsi”nin bərabərlik qolunun müəllifi Kristian Pulişiçə təşəkkür edib.
View this post on Instagram