O, dünyanın ən gözəl bədənli qadınlarından biridir. Sözün əsl mənasında karyerasını da bunun üzərinə qurub və bunu etiraf etməkdən çəkinmir.
Oxu.Az xəbər verir ki, ingilis model və aktrisa Kelly Brook “Red” jurnalına verdiyi müsahibədə “Müvəffəqiyyətli olmaq üçün sahib olduqlarınızı istifadə etməlisiniz. Mənim sahib olduğum şey isə bədənimdir. Yəni, edə biləcəyim budur”,- deyə açıqlama verib.
Bu aralar ABŞ-da olan və “One Big Happy” adlı layihədə rol alan 35 yaşlı Kelly Brook “karyerasının açarı” olaraq gördüyü bədənini formada saxlamaq üçün əlindən gələni edir.
Bir zamanlar aldığı kilolar ucbatından tənqid edilən Brook, çox ciddi məşq və pəhrizlə fiziki görünüşünü daha da qüsursuz hala gətirməyə çalışır.
Aytən Sadıqzadə
www.oxu.az