Yenidən hamilə qalan amerikalı aktrisa, kinorejissor, ssenarist, prodüsser, model və müğənni Kirsten Danst “W Magazine” üçün fotosessiyada iştirak edib.
Bu barədə “Karavan” xəbər yayıb.
38 yaşlı ulduz ilk hamiləliyində olduğu kimi böyük xəbəri elan etmək üçün sevdiyi “Rodarte” brendinin geyimlərində kamera qarşısına keçib.
Qeyd edək ki, aktyor Cessi Plemonsla birlikdə yaşayan aktrisanın 2018-ci ilin mayında Ennis Hovard adlı oğlu dünyaya gəlib.