Məşhur model Katie Price-ın ögey atası Paul Price 51 yaşlı bir qadına təcavüz etməkdə günahlandırılır.
Oxu.Az xarici KİV-ə istindala xəbər verir ki, polis tərəfindən verilən məlumata görə İngiltərənin Sussex şəhərində yaşanan hadisə martın 22-i erkən saatlarda baş verib.
Təcavüzlə mühakimə olunacaq Paul Price-ın qadını əvvəldən tanıdığı bildirilir.
Katie Price-ın yaxınlarından bir nəfər məşhur modelin yaşananlara görə çox kədərli olduğunu açıqlayıb.
Aytən Sadıqzadə
www.oxu.az