“Iron Maiden” qrupunun solisti Bruce Dickinson tutulduğu ağız xərçənginin səbəbinin cinsi yolla keçən HPV virusu olduğunu açıqlayıb.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, Dickinson virusun ağız yolu ilə ona keçməsi üçün tək variantın olduğunu söyləyir - o da cinsi əlaqədir.
2010-ci ildə cinsi əlaqə ucbatından boğaz xərçənginə tutulduğunu söyləyən ifaçı hər kəsin bu xəstəliyə ötəri yanaşdığnı, lakin HPV-nin ciddi xəstəlik olduğunu, həkim nəzarəti altında müalicə tələb etdiyini və antibiotiklərlə asanlıqla sağalmayacağını deyib.