Türkiyənin məşhur aparıcısı Özlem Yıldız haqqında həyat yoldaşından boşanmamış Mustafa Elgin adlı iş adamı ilə eşq yaşamağa başladığı iddia edilir.

Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, müğənni Seren Serengil “Demet Akalın və mənim köhnə sevgilimlə görüşür” deyərək aparıcını günahlandırıb.

Özlem Yıldız 20 min türk lirəsi dəyərində müğənni S.Serengilə maddi təzminat davası açıb. Müğənni isə “Allah o qədər böyükdür ki... Mən birinin haqqında nəsə deyirəmsə, deməli haqlı səbəblərim var”,- deyə açıqlama verib.
Müğənni Demet Akalın isə sosial şəbəkədə Özlem Yıldızı nəzərdə tutaraq “Sənə səni hər yerdə rüsvay edəcəyəm demişdim. Amma görürəm ki, sən özün kifayət qədər rüsvay olmusan” yazıb.

Özünü müdafiə edən Yıldız “Hər kəs əvvəl öz həyatına baxsın, sonra söz desin. Mən Mustafa bəylə tanış olduğum gün artıq onun boşanma günü bəlli idi. Ailə dağıtmaq kimi günahın altına əsla girmərəm” deyib.

Aytən Sadıqzadə
www.oxu.az