"Maroon 5" qrupunun solisti Adam Levin qəfil hücuma məruz qalıb.
Oxu.Az-ın xarici mətbuata istinadən məlumatına görə, bir nəfər şəxs şoudan çıxan ifaçının üzünə qənd tozu çırpıb. Müğənniyə hücum edən şəxs dərhal cangüdənlər tərəfindən saxlanılıb.
Sosial şəbəkə istifadəçiləri isə yaşanan hadisənin A.Levinin “Qənd” mahnısına görə baş verdiyini yazıblar.