Müğənni Elton Hüseynəliyev Azərbaycanın bir nömrəli prodüseri Toliklə çalışacaq.
Oxu.Az-a bu haqda məlumat verən tanınmış prodüser bunları söylədi:
“Bir aydır ki, aramızda yeni işbirliyinə imza atmaq üçün danışıqlar gedir. Gələn ayın birindən mən müğənni Elton Hüseynəliyevlə də çalışacağam. Eyni zamanda, Sevda Yahyayevanın da prodüseri kimi fəaliyyətimi davam etdirəcəyəm”.
Xatırladırıq ki, E.Hüseynəliyev bir müddət əvvəl prodüser Anar Mədətovla işbirliyinə son qoyub.
Aytən Sadıqzadə
www.oxu.az