Türkiyə istehsalı olan “Kərtənkələ” serialının çəkilişlərinin aparıldığı Baltalimanı sahilinə yola düşən serialın yaradıcı heyəti və aktyorlarının mindiyi avtomobillə başqa bir avtomobilin toqquşması nəticəsində zəncirvari yol qəzası baş verib.
Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, meydana gələn qəzada serialda Selin obrazını canlandıran aktrisa Eda Özerkan və rejissor Bürc Bayramla birlikdə digərləri də yaralanıb. Özerkan çəkilişlər əsnasında təhlükəsizlik kəmərinin taxılı olması səbəbiylə qəzadan kiçik sıyrıqlarla sovuşub.

Aytən Sadıqzadə