10 aydır birlikdə olan aktyor Kenan İmirzalıoğlu və aktrisa Sinem Kobal cütülüyü eyni evdə yaşamağa başlayıblar.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, aktrisa İmirzalıoğlunun Cihangirdəki evinə yerləşib. Avtomobilini sevgilisinin evinin qarşısında saxlayan Kobal, diqqət çəkməmək üçün İmirzalıoğlunun avtomobilini istifadə edir.
Qonşular isə “Sinəmin avtomobili buradan heç tərpənmir. Kenan bəyin avtomobiliylə gəzirlər” deyib.
