"Yeşilçam"ın məşhur aktrisası Ayla Arslancan 75 yaşında dünyasını dəyişib.
Oxu.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ağciyər xərçəngindən əziyyət çəkən sənətçi uzun müddətdir xəstəxanada yatırdı. O, "Züğürt Ağa", "Selamsız Bandosu", "Uçurtmayı Vurmasınlar" kimi filmlərdə, son dövrlərdə isə "Entelköy Efeköy'e Karşı", "Sihirli Annem", "Gümüş", "Romantik Komedi" və s. film və seriallarda rol alıb.
Aktrisa Tvitterdəki hesabında son olaraq "İşləməyi sevirəmdən başqa nə deyə bilərəm, bilmirəm. 75 yaşım var, 20 yaşımdan bəri işləyirəm. Ölənə qədər də işləmək istəyirəm" sözlərini yazıb.
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin