Məşhur türk stilist Barbaros Şansal Türkiyə hava limanında həbs olunub.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, stilistin üzərindən 6 qram narkotik tapılıb.
Xatırladırıq ki, B.Şansal martda keçirilən “Baku Fashion Nights 2015” təntənəli moda günlərində paytaxtımızın qonağı olmuşdu.