“Kanaltürk”ün ana xəbərlərini təqdim edən aparıcı Ekin Olcayto xəbər bülleteni bitdikdən sonra avtomobili ilə evinə dönərkən Məcidiyəköy meydanında şüşəsilən bir qrupun hədəfi oub.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əvvəl aparıcının avtomobilinin qarşısını kəsən qrup sonradan pul tələb edib. Olcayto pul verməyincə onlar teleaparıcının avtomobilini təpikləməyə başlayıb.
Avtomobilinin içində tək olan məşhur aparıcı böyük qorxu yaşayıb:
“Qapıları kilidlədim, yaşıl işığın yanmasını gözlədim. Yaşıl işığın yanmasıyla təcavüzkar qrupun əlindən çətin xilas oldum”.
Ekin Olcayto yaşadıqlarını Twitter hesabından paylaşıb.
Aytən Sadıqzadə
www.oxu.az