Ötən gün azərbaycanlı məşhurlar bir araya gəliblər.
Oxu.Az xəbər verir ki, tanınmış modelyer Şəlalə Maqsudovanın “Shelli” moda evinin açılış mərasimində toplanan şou-biznes nümayəndələri arasında müğənnilər Xatun, Xuraman Şuşalı, “Kristal” qrupu, teleaparıcı Günay Firudinqızı, rəqqasə Fatimə və digərləri iştirak ediblər. Xuraman Şuşalı və rəqqasə Fatimə tədbirə oğulları ilə birlikdə qatılıblar.
Tədbirdə eyni zamanda, kikboksinq üzrə iki dəfə dünya, bir dəfə Avropa çempionu olmuş Elçin Hüseynovun doğum günü qeyd edilib.
Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev
3286