“Fort Boyard” yarışmasında iştirak edəcək məşhurların Fransaya yola düşmələri ilə bağlı xəbər vermişdik.
Oxu.Az xəbər verir ki, yarışmadan öncə gəzintiyə çıxan məşhurlar çəkdirdiyi fotoları sosial şəbəkədə paylaşıblar.
Xatırladaq ki, “Fort Boyard”da əməkdar artist Vəfa Zeynalova, aktyorlar Elşən Orucov, Ramin Babayev, Fərda Xudaverdiyev, ATV telekanalının aparıcıları Afaq Gəncəli, Nərgiz Vahabqızı, Günay Firudinqızı, Kəmalə Piriyeva, Rüfət Ağayev, Kamilə Babayeva, müğənni Günay İbrahimli, Nadir Qafarzadə, Xəyyam Nisanov, Elnur Məmmədov, Rəqsanə İsmayılova, Samir Cavadzadə, Elmir, rejissor Fuad Əlişov və başqaları iştirak edəcək.
Aytən Sadıqzadə
www.oxu.az