Oxu.Az geniş və nadir hallarda yayılmış, qəribə xəstəliklərdən əziyyət çəkən dünya ulduzlarının adlarını təqdim edir:
Atası öz böyrəyini ona verməklə həyata qaytardı

“Modern Family” serialı ilə sevilən gənc aktrisa Sarah Hyland uşaqlıq illərindən bəri böyrək xəstəliyindən əziyyət çəkir. Aktrisanı böyrəklərin anormal inkişafından atası qurtarıb. 2012-ci ildə atasından ona köçürülən böyrək sayəsində yenidən həyata dönüb. O, “Həyatda ikinci şansım oldu. Bu, bir çox insana nəsib olmayan bir şeydir”, -deyə açıqlama verib.
Xəstəxanada müalicə aldı

Catherine Zeta Jones bipolyar pozğunluğu olduğunu və buna görə reabilitasiya mərkəzində müalicə alacağını açıqlayanda aktrisanın pərəstişkarları çox təəccüblənmişdi. Bu, bir çox sənət adamlarının mübarizə apardığı problemlərdəndir. Bipolyar pozğunluq bir müddət xəstəni təqib edən ağır depressiya dövrüdür. Ümumiyyətlə, kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir.
Diabet xəstəsidir

Tom Hanks az müddət əvvəl ikinci tip diabet xəstəsi olduğunu açıqlamışdı. Aktyor filmlərində canlandırdığı obrazlara görə çəki artırıb-azaltmasının bu xəstəliyə yol açdığını söyləmişdi.
O da şəkər xəstəsidir

Şəkər xəstəliyindən əziyyət çəkən məşhurlardan biri də Halle Berry-dir. Həyat tərzinə və qidalanmasına çox diqqətlə yanaşan Berry xəstəliyin irsi xüsusiyyətini də göz önünə alaraq qızı Nahla-nı kiçik yaşlarından xüsusi pəhrizlə böyüdür.
1991-ci ildə Parkinsona tutulduğunu açıqladı

Michael J Fox isə Parkinson xəstəliyinə tutulanda hələ 30 yaşı var idi. Əvvəllər xəstəliyini gizləyərək karyerasını davam etdirib. Hətta ona “Qızıl Kürə” və “Emmy” qazandıran “Spin City”də rol alıb.
Michael J Fox 1991-ci ildə Parkinsona tutulduğunu açıqlayıb. 2000-ci ildə peşəsini tamamilə buraxıb və özünü bu xəstəliklə mübarizəyə həsr edib.
Ürəyi xəstədir

Miley Cyrus səhnə şouları ilə insanların ürəyini yerindən oynatmağı bacarır. Amma əslində onun da ürəyi ilə əlaqədar ciddi problemi var. Cyrus “atrial fibrilyasiya” deyilən ürək ritmi pozqunluğundan əziyyət çəkir. Yəni ürəyi normadan daha sürətli döyünür. Ürəyin qulaqcıq hissələrindən irəli gələn, “atrial fibrilasiya” deyilən ritm problemi, şəkər xəstəliyi, hipertoniya kimi başqa risk amillərinin də təsiri ilə ürək içində laxta yaradaraq iflic keçirmə ilə yanaşı bir çox problemə yol aça bilər.
Gənc müğənni “Səhnədəykən ürəyimi düşünmədiyim bir an belə olmur” deyir.
Bir deyil, iki xəstəlikdən əziyyət çəkir

Dünyanın ən çox qazanan futbolçularından biri olaraq tarixə düşən David Beckham bir deyil, iki qəribə xəstəlikdən əziyyət çəkir. Bunlardan biri obsesiv-kompulsiv pozğunluqdur. Beckham obyektləri bir sıra ilə düzmək ya da cüt-cüt birləşdirmək kimi vərdişləri olduğunu söyləmişdi. Beckham-ın digər xəstəliyi isə bir az da qəribədir. Bu, Tourette (Turet xəstəliyi və ya sindromu ) sindromudur. Turet xəstəliyi — mərkəzi sinir sisteminin əsasən uşaq yaşlarında müşahidə edilən və çoxsaylı hərəkət tikləri və ən azı bir səs tiki ilə xarakterizə olunan genetik mənşəli pozğunluğudur.
Aytən Sadıqzadə
www.oxu.az