Apple korporasiyasının iCloud “bulud servis”ndə məşhurların akkauntlarını “sındırmaq”la onların intim fotolarını internetdə yayanlardan birinin kimliyi, deyəsən, bəlli olub.
Oxu.Az ailem.az-a istinadla xəbər verir ki, bu şəxs Rusiyanın Samara şəhərinin sakini, 28 yaşlı İT mütəxəssisi Sergey Xolodovskidir.
Dünya şou-biznesinin 112 mənsubunun intim fotoları onların akkauntlarından oğurlanandan sonra 4chan forumunda yerləşdirilmişdi.
S.Xolodovski isə ABŞ-ın Arizona ştatında rəsmi qeydiyyata aldırdığı saytında onlarla məşhurun yarıçılpaq və çılpaq fotolarını yerləşdirib.
Milli.Az TMZ-yə istinadən bildirir ki, S.Xolodovski bu fotoları ”porno elementli erotika” adlandırır.
“Pis və ya qanunsuz iş gördüyümü düşünmürəm. Bu fotolar saytımdadır və insanlar da sayta daxil olub baxırlar. Qanunu pozmuram”, - S.Xolodovski deyib.
İndiyədək yoxsul həyat yaşamış S.Xolodovski məşhurların yarıçılpaq və çılpaq fotolarının toplandığı saytı yaradandan sonra varlanıb.
O, Porsche sürür, striptizçi nişanlısı, 25 yaşlı Yana Sotovoyaya da offrouder bağışlayıb.
“Təbii ki, nişanlım nə işlə məşğul olduğumu bilir. Sayt adi hostinqdir. Yaxşı gəlir əldə edirəm. Çünki sayta hər gün yüz minlərlə insan baxır. Dostlarım da işimi normal sayırlar”, - S.Xolodovski söyləyib.
Sergey Samaradakı Lenin Bulvarı küçəsində 45 min dollara mənzil də alıb.
www.oxu.az