Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Məşhurların HOBBİLƏRİ: ÖZƏL SORĞU
Hobbi insanın özünü kəşf etməsinə kömək olan fəaliyyətdir. Aparılan bir çox araşdırmalar bədbəxt insanların 38 faizinin heç bir hobbisinin olmadığını üzə çıxarmışdır.
Bəs, görək bizim yerli şou-biznes nümayəndələrinin hansı hobbiləri var?
Oxu.Az-a açıqlama verən stilist Anar Ağakişiyev açıq havada rəsm çəkməyi və səyahət etməyi sevdiyini vurğulayıb:
“Mənim hobbim rəsm çəkməkdir. İşim olmadığı zaman çox sevirəm açıq havada rəsm çəkməyi. Ayda bir dəfə hobbimi həyata keçirməyə çalışıram. Qapalı məkanda dərhal boyanın qoxusu mənə allergiya verdiyi üçün açıq havada rəsm çəkirəm. Həmçinin, boş vaxtlarımda səyahət etməyi, idman etməyi çox sevirəm”.
Müğənni Abbas Bağırov isə hobbi olaraq telefonla klip çəkdiyini və bununla rahatlıq tapdığını qeyd edib.
“Əvvəl hobbim rəsm çəkmək idi. İndi hobbim telefonla maraqlı videolar çəkməkdir. Ən son Hacı Nazimin “adam” mahnısına klip çəkdim. Növbəti telefonla çəkəcəyim klipin sahibi Röya olacaq. Bu yaxında onun da klipini çəkməyə söz vermişəm. Bu artıq məndə hobbi kimi yaranıb. Mən özümdə bununla rahatlıq tapıram. Özümü kəşf edirəm, daha da inkişaf etdirirəm. Bəlkə gələcəkdə başqa bir proyekt də çəkdim”,- deyə Abbas qeyd edib.
Fərqli tərzi ilə seçilən bəstəkar, müğənni Elza Seyidcahan isə mövzu ilə bağlı hobbi olaraq şeir yazdığını deyib.
Müğənni Nadir Qafarzadə mövzu ilə bağlı açıqlamasında “Mənim iki hobbim var: ailəm və işim. Ailəmlə vaxt keçirməkdən həzz alıram. Ola bilər ki, ailəvi dostlarımızla yığışaq, deyək-gülək öz aramızda, çay süfrəsi arxasında- Bunlar mənim hobbimdir”,- deyə bildirib.
Roza zərgərli isə hobbilərini həyata keçirmək üçün boş vaxtını olmadığını deyib:
"İşdən başqa hobbim yoxdur. Boş vaxtım yoxdur ki, hobbim olsun. Boş vaxtımda yatıram".
Dilşad Bəhruzqızı
"Abbas Bağırov" teqi üzrə xəbərlər
- Heydər Əliyev Mərkəzinin parkında "Yay Festivalı" bağlanış konserti olacaq
- Sosial şəbəkələrdə gündəm olan kivi sirkəsi arıqlamağa kömək edirmi? - Həkimdən AÇIQLAMA
- Qadağan olunan gölün sirri: "Kütləvi axınla əlaqədar sanitar-gigiyenik normativlər pozulur"
- Abbas Bağırov: "Keyfiyyətli musiqi dinləyən uşaq anasına "aaz" deməz"
- Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO
Rəylər