Hər insanın vətənində dəfn edilmək haqqıdır. Mən Əhmədlidə yaşayıram, istəyirəm orada dəfn ediləm. Mənim yasımı yola vermək, məni dəfn etmək üçün, başdaşımı qoydurmaq üçün oğlum bankdan 10 min manat kredit götürməlidir? Ehsan verməyə nə var ki, 5 kq düyü, 5 kq ət və s.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, bunu “Günə baxan”ın qonağı olan meyxanaçı Elşən Xəzər deyib.
Onun sözlərinə görə, adıçəkilən şeylər üçün maksimum 200 manat lazım olacaq.
Meyxanaçı deyib ki, dəfn olunmaq üçün 5-8 min başdaşına, məzara verilir. Bunun yanında qeyd edilən 200 manat cüzidir.
“200 manat hara, 10000 manat hara?! Ona görə bu, qaydasına salınmalıdır. Bu, düzgün təbliğat deyil. Bu, israfdır”.
Verilişin qonaq qismində iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhlil şöbəsinin müdiri Nahid Məmmədov “dəfn qiymətlərinin nizamlanması” haqqında layihə hazırlandığını deyib:
“Güman ki, yaxın vaxtlarda layihə Milli Məclisdə müzakirəyə çıxarılacaq”.
Onun sözlərinə görə, qəbiristanlığın salınması bələdiyyələrə veriləcək. Bələdiyyələrin sıra nömrəsi ilə qəbir yerləri müvafiq qaydada ayrılacaq. Konkret xərclər cüzi olaraq dövlət büdcəsinə ödəniləcək:
“Bu, dövlət səviyyəsində tənzimlənəcək”.