Məşhur reper-müğənni Miri Yusif “8 Mart” Beynəlxalq Qadınlar Günü münasibətilə konsert verib.
Oxu.Az xəbər verir ki, konsert proqramı martın 8-i “Park Bulvar” ticarət və əyləncə mərkəzində təqdim olunub.
Müğənni sevənləri üçün 2013-cü ilin sonlarında təqdim etdiyi “Ağ qarğa” adlı albomundan mahnıları ilə yanaşı illər öncə sevilən replərini də səsləndirib. O, həmçinin yeni klipini də təqdim edib.
Qeyd edək ki, konsertə informasiya dəstəyini “Avto FM” - 107.7 FM göstərib.
Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev
www.oxu.az