Sentyabrın 27-də Fanta Gənclik Festivalı çərçivəsində “Crystal Hall”da minlərlə tamaşaçının izlədiyi möhtəşəm konsert proqramı keçirilib.
Oxu.Az xəbər verir ki, saat 13.00-19.00-dək Fanta oyun zonası açıq elan edilib. Daha sonra səhnədə dj-lərin, ifaçılar Natavan Həbibi və Miri Yusifin ardıcıl çıxışları olub. Sonda səhnəyə Türkiyənin super ulduzu Kənan Doğulu təşrif buyurub. Gecənin aparıcılığı İlkin Həsəniyə həvalə olunub. Qalib tamaşaçı məşhurlarla selfi çəkdirmək şansını qazanıb.
Konsertdən fotoları təqdim edirik.
Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev