Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Miss Caspian 2018”-in qalibləri müəyyənləşib – FOTO
“High Life Academy” və “ABA Event Group”un birgə təşkilatçılığı ilə “Miss Caspian 2018” gözəllik yarışmasının qalibləri bəlli olub.
Layihənin beynəlxalq direktoru Aqil Məmiyev Oxu.Az-a bildirib ki, final gecəsində qaliblər münsiflər, tamaşaçılar və sosial şəbəkə istifadəçilərinin səsverməsi əsasında müəyyənləşib.
Münsiflər heyətində yerli və xarici moda nümayəndələri yer alıb.
Gecədə “Azerbaijan Runway” adlı moda şousu da baş tutub.
Müsabiqədə iştirak edən 18 finalçı arasından “Miss Caspian Gran Prix 2018” – Aysel Hənifəyeva, 2-ci yer: Alba Aqustin, 3-cü yer: Leyla Abbasova, “Miss Baku” – Bəyaz Abraxanlı, “Miss Charming” – Mədinə Yusifzadə, “Miss Sport” - Jenny Russel, “Miss Euro Fly” – Nilgül İsmayılova, “Miss Glamour” – Aysel Bağırova, “Miss ABA” – Leyla Şeydayeva, “Miss Smile” – Fatima İmanova , “Best Catwalk” – Yeganə Əsədova, “Miss Unique” – Nərgiz Bayrişlı, “Best Photomodel” – Ramina Seyidova xüsusi mükafatlara layiq görülüb.
Qeyd edək ki, “Miss Caspian” gözəllik müsabiqəsinin layihə rəhbərləri Ləman Mirtalıblı və Tural Qan, baş prodüseri isə Pərviz Əzimzadədir.
Pərviz Hüseyn
FOTO: Ratmir Şərifov
www.oxu.az
Rəylər